The Daily Baku
Elçin Əmirbəyov Vatikanın Dövlət katibi ilə Cənubi Qafqazda sülhü müzakirə edib
28 aprel 2026
12:55

Vatikana işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə görüşüb.
Müzakirələr dövlətlərarası münasibətlərə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına, eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə, regional təhlükəsizlik məsələlərinə və qarşılıqlı maraq doğuran digər mövzulara həsr olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/elcin-emirbeyov-vatikanin-dovlet-katibi-ile-cenubi-qafqazda-sulhu-muzakire-edib