Barselona" 2025/26-cı illər mövsümündə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edib.
"The Daily Baku"nun məlumatına görə, Kataloniya klubu XXXV turda evdə "Real Madrid"i 2:0 hesabı ilə məğlub edib.
Oyun "Kamp Nou" stadionunda baş tutub. Qaliblərin qollarını 9-cu dəqiqədə Markus Reşford, 18-ci dəqiqədə isə Ferran Torres vurub.
Bu qələbədən sonra "Barselona"nın 91 xalı var və çempionatın başa çatmasına üç tur qalmış ikinci yerdə olan "Real Madrid"dən 14 xal öndədir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/el-klasiko-barselonanin-cempionlugu-ile-neticelenib
