Əhliman Əmiraslanov: Donor şəxslər bu uğurun bir nömrəli səbəbkarıdır

Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan adamların çoxdur.
"The Daily Baku" xəbər veir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.
Komitə sədrinin sözlərinə görə, bu mövzuda əsas məsələ donorun tapılmasıdır.
O qeyd edib ki, Azərbaycanda ilk ürək transplantasiyası həyata keçiriləndən sonra ürək donoru olmaq istəyənlərin sayında artım gördük.
"Bəzən biz qanunları qəbul edirik, həyata keçirə bilmirik. Ancaq bu sahədə Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti sayəsində transplantasiya əməliyyatı həyata keçirildi. Bununla bağlı Koordinasiya Mərkəzi yaradıldı. Bu əməliyyatın daha çox sayda həyata keçirilməsi üçün təkcə həkimlər deyil, cəmiyyət bu istiqamətdə fəaliyyət göstərməlidir. İnsanlar donorluqla bağlı aktiv olmalıdır. Şübhəsiz ki, donor olmaq istəyən şəxslər bu uğurun bir nömrəli səbəbkarıdır”.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.