Əfqanıstan ərazisində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 16:12-də baş verib. Zəlzələnin ocağı 67 km dərinlikdə, episentri isə Bədəxşan vilayətində yerləşib.
Özbəkistan KİV-nin məlumatına görə, yeraltı təkanlar Özbəkistan ərazisində də hiss olunub. Surxandərya vilayətində zəlzələnin gücü 2 bala qədər olub. Episentrdən regiona qədər olan məsafə təxminən 343 km təşkil edib.
Özbəkistan ərazisində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/efqanistanda-57-maqnitudali-zelzele-olub
