The Daily Baku
Əfqanıstan Pakistanda hərbi düşərgə və qərargahlara hava zərbələri endirib
27 fevral 2026
16:43

Bu gün Əfqanıstan ordusu Pakistanda müxtəlif bölgələrdə yerləşən obyektlərə hava zərbələri endirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İslamabadın Fəyzabad şəhəri yaxınlığında yerləşən hərbi düşərgəyə, Noshəhrə, Cəmrud və Abbottabad şəhərlərindəki hərbi qərargahlara zərbələr endirilib.
Bildirilir ki, hava əməliyyatı uğurla başa çatıb, Pakistan ərazisindəki hədəflər məhv edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/efqanistan-pakistanda-herbi-duserge-ve-qerargahlara-hava-zerbeleri-endirib