The Daily Baku
Dubay aeroportunun yaxınlığına PUA düşüb, dörd nəfər xəsarət alıb
11 mart 2026
12:00

Dubay hava limanı yaxınlığında iki dronun düşməsi nəticəsində dörd nəfər xəsarət alıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, düşən PUA-lar aeroportun işinə təsir etməyib, o, adi rejimdə işini davam etdirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/dubay-aeroportunun-yaxinligina-pua-dusub-dord-nefer-xesaret-alib