The Daily Baku
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət edib
20 yanvar 2026
09:47

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
"The Daily Baku" verir ki, Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev, eləcə də digər dövlət və hökumət rəsmiləri faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/dovlet-ve-hokumet-resmileri-sehidler-xiyabanini-ziyaret-edib