Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.
"The Daily Baku" xəbər verir ki, bu ölkəyə 8 vaqon dizel yanacağı göndəriləcək.
Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə tədarük olunacaq.
Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/dizel-yanacagi-ermenistana-azerbaycan-vasitesile-catdirilacaq
