Davosda ABŞ və Rusiya arasında görüş; Ukraynanın bərpa planı təxirə salındı

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin nümayəndələri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forum çərçivəsində görüş keçiriblər.
“The Daily Baku”nun məlumatına görə, görüş Qrenlandiya ətrafında yaranmış gərginlik fonunda 800 milyard dollarlıq “rifah planı”nın imzalanmasının təxirə salınması ilə bağlı xəbərlərin gündəmdə olduğu bir vaxtda baş tutub.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü bildirib ki, Moskva Davosda aparılan danışıqlarla bağlı rəsmi şərh verməyəcək. Bununla belə, o qeyd edib ki, ABŞ, Avropa liderləri və Ukrayna arasında gedən müzakirələr barədə məlumat əldə etmək Rusiya üçün vacibdir.
Peskovun sözlərinə görə, bu cür təmaslar beynəlxalq siyasi proseslərin ümumi mənzərəsini anlamaq baxımından Moskva üçün xüsusi əhəmiyyət daşıyır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.