The Daily Baku
Danimarka və Qrenlandiyanın Baş nazirləri Münxendə ABŞ dövlət katibi ilə görüşəcəklər
13 fevral 2026
14:21
.png)
Danimarkanın Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Marko Rubio ilə görüşməyi planlaşdırır.
"The Daily Baku"nun "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Frederiksen jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, görüşdə Qrenlandiya məsələsi müzakirə olunacaq.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen də görüşdə iştirak edəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/danimarka-ve-qrenlandiyanin-bas-nazirleri-munxende-abs-dovlet-katibi-ile-gorusecekler