Dağıstan (RF) Xalq Məclisinin deputatları Maqomed Ramazanovu respublika hökumətinin sədri vəzifəsinə təsdiq ediblər.
"The Daily Baku" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Gizli səsvermə zamanı deputatlar Ramazanovun təyinatını yekdilliklə dəstəkləyiblər.
Qeyd olunur ki, mayın 6-da Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin respublika hökumətini istefaya göndərərək, baş nazir vəzifəsini müvəqqəti olaraq Ramazanova həvalə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/dagistanda-hokumet-rehberliyinde-deyisiklik-bas-verib
