Hunan əyalətində (Mərkəzi Çin) fişəng istehsalı zavodunda partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Bu barədə Xinhua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bundan başqa, bir nəfər itkin düşmüş hesab olunur, 51 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri əsasən başa çatıb.
Partlayış bazar ertəsi fişəng istehsalı ilə məşğul olan "Huasheng" müəssisəsinin sexində baş verib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cinde-zavodda-partlayis-neticesinde-olenlerin-sayi-37-ye-catib
