The Daily Baku
Çində gəzinti gəmisinin aşması nəticəsində dörd nəfər həlak olub
18 fevral 2026
10:09
.jpg)
Çinin cənub-qərbindəki Yunnan əyalətində göyərtəsində 26 sərnişin olan gəzinti gəmisinin aşması nəticəsində azı dörd nəfər həlak olub.
"The Daily Baku" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çinin Təhlükəsizliyin Təmin Edilməsi Komitəsi hadisənin istintaqına əyalət səviyyəsində nəzarət və təqsirkarların qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunması barədə göstəriş verib.
Müvafiq orqanlar hadisənin konkret səbəblərini müəyyənləşdirmək istiqamətində iş aparır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cinde-gezinti-gemisinin-asmasi-neticesinde-dord-nefer-helak-olub