The Daily Baku
Çin və ABŞ Donald Trampın Pekinə səfəri barədə danışıqlar aparır
16 mart 2026
13:36

Çin və ABŞ Ağ Evin lideri Donald Trampın Çinə səfəri ilə bağlı təmasdadır.
''The Daily Baku'' "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Tszyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dövlət başçılarının diplomatiyası Çin-ABŞ münasibətlərində əvəzolunmaz strateji istiqamətləndirici rol oynayır.
Daha əvvəl Trampın martın 31-dən aprelin 2-dək Çinə səfər edəcəyi barədə məlumat verilmişdi. O, sıx qrafik və təhlükəsizliklə əlaqədar səfəri zamanı yalnız Pekini ziyarət edəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cin-ve-abs-donald-trampin-pekine-seferi-barede-danisiqlar-aparir