The Daily Baku
Çin Tayvanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib
7 yanvar 2026
09:28

Çin hakimiyyəti Tayvanın daxili işlər idarəsinin rəhbəri Lyu Şifan və adanın təhsil naziri Cen İn-yaoya qarşı sanksiyalar tətbiq edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurası yanında Tayvan işləri üzrə dəftərxananın rəsmi nümayəndəsi Çen Binhua bəyan edib.
"Qüvvədə olan qanunvericiliyə və normativ aktlara uyğun olaraq materik Çini Lyu Şifan və Cen İn-yaonu Tayvan müstəqilliyinin barışmaz tərəfdarları siyahısına daxil etmək, həmçinin onlara qarşı sanksiyalar tətbiq etmək barədə qərar qəbul edib", - deyə o, brifinqdə bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cin-tayvanin-yuksek-vezifeli-sexslerine-qarsi-sanksiyalar-tetbiq-edib