Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın görüşü keçirilir.
Xarici İşlər Nazirliyi xəbər verir ki, görüş Kallasın Bakıya səfəri çərçivəsində XİN-də keçirilir.
"Səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun vacibliyini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır", - XİN-dən qeyd ediblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ceyhun-bayramovun-kallasla-gorusu-kecirilir
