The Daily Baku
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
27 aprel 2026
13:58

Çexiyanın milli enerji operatoru ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir.
Bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edən Çexiyanın Baş naziri deyib: "Bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək, çox şad olarıq".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cexiyanin-bas-naziri-milli-enerji-operatorumuz-azerbaycandan-tebii-qaz-almaq-niyyetindedir