The Daily Baku
Cevdet Yılmaz "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək üçün İrəvana gedib
4 may 2026
12:14

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində iştirak etmək üçün İrəvana gedib.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
C.Yılmazı İrəvanın Zvartnots hava limanında Ermənistan parlamentinin sədrinin müavini, ölkənin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb.
"Avropa Siyasi Birliyi" sammitinin ilk iclası 2022-ci oktyabrın 6-da Çexiyanın Praqa şəhərində keçirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cevdet-yilmaz-avropa-siyasi-birliyinin-sammitinde-istirak-etmek-ucun-irevana-gedib