The Daily Baku
Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" Bakıya qayıdıb - FOTO
29 yanvar 2026
10:37

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandası Bakıya qayıdıb.
"The Daily Baku"nun "Report"a istinadən verdiyi xəbərə görə, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
"Köhlən atlar" Liqa mərhələsinin sonuncu - VIII turunda İngiltərədə "Liverpul"a uduzub. Buna baxmayaraq, komanda əsas mərhələni 22-ci sırada bitirərək pley-offa adlayıb.
Qeyd edək ki, "Qarabağ" pley-offda Fransanın PSJ və ya İngiltərənin "Nyukasl" kollektivlərindən biri ilə üz-üzə gələcək. Püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cempionlar-liqasinin-pley-off-merhelesine-vesiqe-qazanan-qarabag-bakiya-qayidib
Şəkil Qalereyası

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt