The Daily Baku
Burhanettin Duran: Türkiyənin təhlükəsizliyinə yönəlik hər təhdidin cavabı veriləcək
20 yanvar 2026
18:39

Nusaybin-Kamışlı sərhədinin Suriya tərəfində YPG tərəfdarlarının şanlı bayrağımıza qarşı xaincəsinə hücumu, xalqımızın dincliyini pozmağa və terrorla mübarizəmiz çərçivəsində inkişafları hədəf almağa yönəlmiş açıq təxribatdır.
"The Daily Baku" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, bu cür əməlləri planlaşdıranlar bilməlidirlər ki, Türkiyənin təhlükəsizliyinə yönəlik hər təhdid qətiyyətli şəkildə cavabını alacaq.
Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Türkiyənin müvafiq qurumları tərəfindən dərhal istintaq başladılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/burhanettin-duran-turkiyenin-tehlukesizliyine-yonelik-her-tehdidin-cavabi-verilecek