The Daily Baku
Britaniya səfiri: İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir
5 mart 2026
15:27

Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.
"The Daily Baku" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "X" platformasındakı paylaşımında deyib.
Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/britaniya-sefiri-iran-dronunun-naxcivana-zerbe-endirmesi-tamamile-qebuledilmezdir