The Daily Baku
Britaniya kralının qardaşı Norveçin ona verdiyi ordeni geri qaytarıb
19 fevral 2026
17:58

Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzor ona verilmiş Müqəddəs Olafın Böyük Xaç ordenini – ölkənin ən yüksək dövlət mükafatlarından birini Norveçə qaytarıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
Norveç Kral Sarayından Endryu Mauntbetten-Vindzorun ordenini qaytardığını təsdiqləyiblər.
O, 1988-ci ildə "Norveç və bəşəriyyət qarşısında görkəmli xidmətlərinə görə" bu ordenlə təltif edilmişdi.
Qeyd edək ki, bu gün amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə əlaqədar kralın qardaşının saxlanıldığı məlum olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/britaniya-kralinin-qardasi-norvecin-ona-verdiyi-ordeni-geri-qaytarib