Böyük Britaniya Hörmüz boğazında hazırlanmaqda olan beynəlxalq hərbi missiyaya dəstək verəcəyini açıqlayıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
London missiya çərçivəsində pilotsuz minatəmizləyənlər, “Eurofighter Typhoon” qırıcıları və "HMS Dragon" esminesini bölgəyə göndərməyi planlaşdırır.
Nazirlik vurğulayıb ki, plan “tamamilə müdafiə xarakteri daşıyır” və əsas məqsəd strateji ticarət marşrutu olan Hörmüz boğazında kommersiya gəmiçiliyinə etimadı bərpa etməkdir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/britaniya-deniz-tehlukesizliyi-missiyasina-tohfe-verecek
