Fransız kino əfsanəsi Brijit Bardo 91 yaşında dünyasını dəyişib. Bu barədə onun fondu məlumat yayıb.
1950–60-cı illərdə “B.B.” ləqəbi ilə şöhrət qazanan Bardo “Və Tanrı qadını yaratdı”,“Nifrət” və “Viva Maria!” kimi filmlərlə dünya ulduzuna çevrilmişdi. O, dövrünün ən cazibədar aktrisalarından biri sayılırdı.
1970-ci illərin əvvəlində aktrisalığı tərk edən Bardo həyatını heyvanların müdafiəsinə həsr etmiş və Brijit Bardo Fondunu yaratmışdı.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/brijit-bardo-vefat-edib
