Braziliya millisinin sabiq futbolçusu Halkın (Givanildo Souza) karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.
"Atletiko Mineyro"dan ayrılan 39 yaşlı hücumçu "Fluminense"də çıxış edəcək.
Mümkün transferin təfərrüatları hələlik açıqlanmayıb.
Xatırladaq ki, mayın 2-də klubla vidalaşan Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edib. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/braziliyali-futbolcu-halkin-yeni-klubu-mueyyenlesib
