The Daily Baku
BQXK-nın Ukraynadakı nümayəndə heyətinin başçısı XİN-ə çağırıla bilər
15 yanvar 2026
17:42

Ukraynadakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndə heyətinin başçısının ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılması planlaşdırılır.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Interfax-Ukrayna" Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatına istinadən məlumat yayıb.
Buna səbəb təşkilatın verdiyi son bəyanatdır.
"Ukraynanın və Rusiyanın kritik əhəmiyyətli infrastrukturuna son zərbələr Kiyev, Dnepr, Donetsk, Belqorod və digər bölgələrdə aşağı temperatur fonunda milyonlarla insanı demək olar ki, işıqsız, qazsız və susuz qoyub", - BQXK-nın bəyanatında deyilir.
Ukrayna XİN başçısı bu bəyanatı "biabırçı" adlandırıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bqxk-nin-ukraynadaki-numayende-heyetinin-bascisi-xin-e-cagirila-biler