Böyük Britaniya Trampın “Sülh Şurası”na qoşulmağı təxirə salır

Böyük Britaniyanın xarici işlər naziri İvette Kuper bildirib ki, London ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən “Sülh Şurası”na hələlik qoşulmayacaq.
"The Daily Baku" BBC-ə istinadən bildirir ki, qərarın əsas səbəbi Rusiya lideri Vladimir Putinin mümkün iştirakı ilə bağlı narahatlıqlardır.
Nazir BBC-yə açıqlamasında deyib ki, Böyük Britaniyaya şuraya qoşulmaq üçün rəsmi dəvət göndərilib. Lakin Dünya İqtisadi Forumu çərçivəsində Davosda keçiriləcək mərasimdə Britaniya bu gün imza atan ölkələr sırasında yer almayacaq.
Yvette Cooper əlavə edib ki, təşəbbüs ilkin olaraq Qəzzada İsrail-HƏMAS müharibəsinin dayandırılması məqsədi daşısa da, zamanla daha geniş hüquqi və siyasi suallar doğurub. Onun sözlərinə görə, London bu məsələləri müttəfiqləri ilə müzakirə etməyə davam edəcək və yalnız bütün risklər aydınlaşdıqdan sonra qərar veriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.