SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. BMTM  Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti-Azərbaycan narrativləri təşviq edən məqaləsinə cavab verib
Gündəm

BMTM  Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti-Azərbaycan narrativləri təşviq edən məqaləsinə cavab verib

21 yanvar 2026
16:12
BMTM  Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti-Azərbaycan narrativləri təşviq edən məqaləsinə cavab verib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin rəsmi saytında 7 yanvar tarixində dərc edilmiş, Bəşir Kitaçayevin müəllifi olduğu “Azərbaycanın ‘Nə müharibə, nə də sülh’ strategiyası Ermənistanla yaxınlaşmanı məhdudlaşdırır”  sərlövhəli məqaləsinə cavab verib.

Bu barədə BMTM-dən "The Daily Baku"ya bildirilib.

Məlumatda qeyd edilir:

“Təəssüf ki, bu məqalə Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin istər aktiv münaqişə dövründə, istərsə də hazırkı sülh prosesi kontekstində Ermənistan-Azərbaycan münasibətlərinə dair birtərəfli mövqe nümayiş etdirdiyi ilk nümunə deyil. Bu ideoloji sərtlik Ermənistan və Azərbaycan arasında baş verən proseslərin balanslı və obyektiv şəkildə qiymətləndirilməsinə mane olur.

Sözügedən məqalədə iddia olunur ki, Azərbaycanın postmünaqişə strategiyası qeyri-müəyyən xarakter daşıyır. Başqa sözlə, Azərbaycan rəsmi səviyyədə sülh gündəliyini təşviq etsə də, daxili siyasi məqsədlər naminə Ermənistanla bağlı düşmənçilik narrativlərini qoruyub saxlayır. Məqaləyə görə, Azərbaycanda sülh son məqsəd kimi deyil, xarici düşmən obrazının saxlanılması yolu ilə idarə olunan və nəzarətdə saxlanılan vəziyyət formalaşdırmağa yönəlmiş vasitə kimi nəzərdən keçirilir.

Aydındır ki, bu interpretasiya proseslərin selektiv təhlilinə əsaslanır və keçmiş Ermənistan-Azərbaycan münaqişəsini, eləcə də hazırkı sülh prosesini formalaşdıran hüquqi, tarixi və struktur reallıqları nəzərə almır.

Ermənistan təxminən üç onillik ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 %-ni işğal altında saxlamış, nəticədə 700 mindən artıq insan məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğala son qoyulmasını tələb edən öhdəlik xarakterli qətnamələrinə baxmayaraq, vəziyyət təqribən otuz il ərzində dəyişməz qaldı. Münaqişə, eyni zamanda Xocalı, Ağdaban və Başlıbeldə dinc azərbaycanlılara qarşı etnik əsasda törədilmiş kütləvi zorakılıq aktları ilə də yadda qalıb.

Məqalədə Ermənistanda siyasi ritorikada, ictimai müzakirələrdə, tədris materiallarında və sosial mediada mövcud olan anti-Azərbaycan əhval-ruhiyyəsinə diqqət yetirilmir. Bu isə müəllifin asimmetrik yanaşma ortaya qoyduğunu göstərir.

Məqalənin növbəti hissəsində iddia edilir ki, Azərbaycan rəsmilərinin “tarixi Azərbaycan torpaqları” ifadəsinə istinadları Ermənistana qarşı davam edən ərazi iddialarının mövcudluğuna işarə edir. Halbuki Azərbaycanın rəsmi mövqeyi, Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edildiyi kimi, münaqişənin artıq başa çatdığı və Bakının Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığıdır.

Əksinə, Ermənistan Konstitusiyası və digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı açıq ərazi iddiaları mövcuddur ki, bu da iki ölkə arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə əsas maneələrdən biridir.

Eyni zamanda, 1988-1992-ci illərdə Ermənistan SSR ərazisindən zorla deportasiya edilmiş 250 mindən artıq azərbaycanlının taleyi Azərbaycan üçün əsas narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Cenevrə Konvensiyaları, Avropa İnsan Hüquqları Konvensiyası, Qaçqınlar haqqında Konvensiya və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt daxil olmaqla beynəlxalq hüquqi sənədlər qayıdış hüququnu açıq şəkildə təsbit edir.

Qeyd etmək istərdik ki, uzun illər işğala məruz qalan tərəf olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsindən sonra sülh təşəbbüsü ilə çıxış edən məhz Azərbaycan olub.

Xatırladaq ki, 2025-ci il Azərbaycan-Ermənistan arasında sülh prosesində bir sıra önəmli hadisələrlə yadda qalıb və Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real baza yaradıb. Vaşinqton Bəyannaməsində də qeyd olunduğu kimi, razılaşdırılmış mətnlərdən dayanıqlı sülhə keçid praktik addımların atılmasını tələb edir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, dayanıqlı sülhün təmin olunması üçün keçmiş münaqişənin institusional qalıqları aradan qaldırılmalıdır. Bu, xüsusilə Ermənistan Konstitusiyası və digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı nəzərdə tutulan ərazi iddialarına dair müddəaların ləğv edilməsi ilə bağlıdır.

Azərbaycan praktiki addım olaraq öz ərazisi vasitəsilə Qazaxıstan və Rusiya taxıllarının Ermənistana tranzitinə icazə verib ki, bu, münaqişə illəri ərzində mövcud olmayan bir təcrübədir. Daha bir önəmli addım olaraq, Bakı yaxın zamanda Gürcüstan marşrutu vasitəsilə Ermənistana neft məhsullarının çatdırılmasını təmin edib. Bu addımlar Azərbaycanın normallaşmaya və tərəflər arasında etimadın artırılmasına hazır olduğunu açıq şəkildə göstərir.

Buna baxmayaraq, Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin timsalında bəzi araşdırma mərkəzləri hələ də selektiv, asimmetrik və qərəzli analitikaya əsaslanaraq Azərbaycanın postmünaqişə dövrü siyasətinə şübhə ilə yanaşmaqda davam edir. Həmçinin məzmunlu dialoq çağırışlarını görməzdən gələrək BMTM tərəfindən edilən müraciətlərə cavab verməkdən imtina edir.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/bmtm-karnegi-fondunun-rusiya-ve-avrasiya-merkezinin-anti-azerbaycan-narrativleri-tesviq-eden-meqalesine-cavab-verib
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib