Vaşinqton Rusiya nefti və neft məhsulları üçün ABŞ-nin sanksiyaları rejimindən müvəqqəti istisnaların daha da uzadılması imkanını nəzərdən keçirmir.
"The Daily Baku" xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "Associated Press" agentliyi ilə söhbətində bildirib.
"Güman edirəm ki, yeni uzadılma olmayacaq. Hesab edirəm ki, [gəmilərə yüklənmiş və] dəniz marşrutlarında olan Rusiya nefti əhəmiyyətli dərəcədə tükənib", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bessent-sanksiyalarda-rusiya-neftine-istisnani-mumkun-saymir
