The Daily Baku
Bessent: Qrenlandiya ABŞ-yə münaqişənin qarşısını almaq üçün lazımdır
20 yanvar 2026
18:20

Qrenlandiyaya nəzarət Vaşinqton üçün mümkün münaqişənin qarşısını almaq baxımından lazımdır.
"The Daily Baku" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Bessentin sözlərinə görə, Donald Tramp inanır ki, Qrenlandiya münaqişənin qarşısını almaq üçün ABŞ-nin bir hissəsi olmalıdır. Bundan əlavə, Amerika maliyyə nazirinin qeyd etdiyi kimi, Tramp Qrenlandiyanın ABŞ üçün lazımlı olduğuna əmindir – bu, "Golden Dome" ("Qızıl günbəz") adlı raketdən müdafiə sisteminin səmərəli yerləşdirilməsi üçün vacibdir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bessent-qrenlandiya-abs-ye-munaqisenin-qarsisini-almaq-ucun-lazimdir