The Daily Baku
"Beşiktaş" və "Qalatasaray"ın keçmiş prezidentləri saxlanılıblar
25 mart 2026
08:57

Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarının keçmiş prezidentləri Fikrət Orman və Burak Elmas narkotik vasitələrlə bağlı aparılan istintaqı çərçivəsində saxlanılıblar.
Qeyd edilir ki, onlar İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində şəhərin Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıblar.
Burak Elmas tibbi müayinədən keçirilib.
Əməliyyat tədbirlərinin geniş miqyaslı olduğu bildirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/besiktas-ve-qalatasarayin-kecmis-prezidentleri-saxlaniliblar