Bəqai danışıqlarda hüquqi təminatlar məsələsinin gündəmdə olduğunu bildirib

İran və ABŞ müharibənin dayandırılması barədə mümkün sazişə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsi ilə bu razılaşmanın möhkəmləndirilməsini nəzərdə tutan bəndin daxil edilməsini müzakirə edir.
"The Daily Baku" "Mehrnews" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyiniin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bəyan edib.
"Biz hələ də ümumi müddəaları müzakirə edirik, bu 14 bənd yalnız əsas maddələri nəzərdə tutur, onların arasında belə bir müddəa var ki, əgər saziş əldə edilərsə, o, BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasını almalıdır ki, onun hüquqi müdafiəsi olsun", - o deyib.
İ.Bəqai həmçinin qeyd edib ki, Livanda atəşkəs müharibənin dayandırılması barədə istənilən sazişin ayrılmaz hissəsidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.