The Daily Baku
Bəhreyn ABŞ donanmasının qərargahına raket zərbəsi endirildiyini bildirib
28 fevral 2026
13:32

Bəhreyn ABŞ HDQ-nin 5-ci donanmasının qərargahına raket zərbəsi endirildiyini bildirib.
Bu barədə "Al Jazeera" telekanalı məlumat verib.
Bəhreyndə həyəcan siqnalı işə düşüb.
Bəhreyn Krallığının Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.
Nazirlikdə həyəcan siqnalının işə düşmə səbəbləri hələlik dəqiqləşdirilməyib. Ölkə vətəndaşlarına və sakinlərinə sakit qalmaları və ən yaxın təhlükəsiz yerə getmələri tövsiyə olunub.
"Al Jazeera" telekanalının məlumatına görə, Bəhreyndə partlayışların baş verməsi barədə məlumatlar daxil olur.
Bundan başqa, Bəhreyn Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyət elan etdiyi bildirilir.
Ölkə hava məkanını bağlayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/behreyn-abs-donanmasinin-qerargahina-raket-zerbesi-endirildiyini-bildirib