The Daily Baku
BƏƏ vətəndaşları üçün İran, İraq və Livana səfər qadağası tətbiq edib
1 may 2026
09:40

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarına İran, İraq və Livana səyahətləri qadağan edib.
"The Daily Baku"nun məlumatına görə, müvafiq açıqlama BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.
"Regionda baş verən son hadisələr fonunda BƏƏ Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İran, İraq və Livana bütün səyahətlərin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur", - nazirliyin press-relizində deyilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bee-vetendaslari-ucun-iran-iraq-ve-livana-sefer-qadagasi-tetbiq-edib