The Daily Baku
BƏƏ sahillərində konteyner gəmisi mərmi dəyməsi nəticəsində zədələnib
11 mart 2026
09:36

Fars körfəzinin BƏƏ sahillərində naməlum konteyner gəmisi hələlik müəyyən edilməmiş mərminin dəyməsi nəticəsində zədələnib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə BƏƏ-dəki Ras Əl-Xaymadan təxminən 25 dəniz mili şimal-qərbdə baş verib.
"Hazırda zədələrin dərəcəsi müəyyənləşdirilir, heyət üzvləri təhlükəsizlikdədir, səlahiyyətli qurumlar hadisənin araşdırılmasını davam etdirir", - məlumatda qeyd olunub.
Gəmilərə hər hansı şübhəli fəaliyyət barədə agentliyə məlumat vermək tövsiyə edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bee-sahillerinde-konteyner-gemisi-mermi-deymesi-neticesinde-zedelenib