The Daily Baku
BƏƏ Prezidentinin müşaviri: İranın addımları fonunda körfəz ölkələri həmrəy olmalıdırlar
3 iyun 2026
15:49

Fars körfəzinə İranın Yaxın Şərqdəki addımlarına münasibətdə həmrəy mövqe lazımdır.
Bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, regional təhlükəsizlik bütün Körfəz ölkələrinin maraqlarına cavab verir:
"İranın Küveyt və Bəhreynə hücumları şəraitində Körfəzin qəti, vahid və həmrəy mövqeyi zəruridir. Çünki bu ölkələrdən hər hansı birini təhlükə ilə üz-üzə qoymaq yolverilməzdir. Belə bir təcavüz konkret bir ölkəyə yox, hamımıza qarşı yönəlib".
Daha əvvəl məlumat verilmişdi ki, İranın Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bee-prezidentinin-musaviri-iranin-addimlari-fonunda-korfez-olkeleri-hemrey-olmalidirlar