BƏƏ-nin Tiranada səfirlik açması Albaniya üçün mühüm addım sayılır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Albaniyada səfirlik açmağı planlaşdırır.
"The Daily Baku" xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Hoxha Delfi İqtisadi Forumu çərçivəsində BƏƏ xarici işlər nazirinin biznes və xeyriyyəçilik məsələləri üzrə xüsusi elçisi Bədr Cəfər ilə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb .
"BƏƏ-nin Tiranada səfirliyinin açılması perspektivi irəliyə doğru vacib və çoxdan gözlənilən bir addımdır. Bu, tərəfdaşlığımızın möhkəmliyini və keyfiyyətini əks etdirir, qarşıdan gələn illərdə daha dərin və dinamik əməkdaşlığa yol açır", - o qeyd edib.
Nazir qeyd edib ki, Cəfərlə aparılan müzakirələr iki ölkə arasında genişlənən iqtisadi imkanlara yönəlib, əsas diqqət isə ticarət əlaqələrinin gücləndirilməsi və əməkdaşlıq sahələrinin genişləndirilməsinə ayrılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.