The Daily Baku
Baykal gölündə baş verən hadisə 8 turistin həyatına son qoydu
20 fevral 2026
14:30

Rusiyanın Baykal gölündə səkkiz nəfər faciəli şəkildə həlak olub.
''The Daily Baku''nun xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, UAZ markalı nəqliyyat vasitəsi Çindən olan turistləri ekskursiyaya aparırmış. Qeyd edilir ki, sürücü qalın buz qatında çatı görməyib və avtomobil gölə düşüb.
Bildirilir ki, nəqliyyat vasitəsinin içində olan doqquz nəfərdən yalnız bir turist xilas olub. İlkin məlumatlara görə, yerli sürücü və yeddi Çin vətəndaşını xilas etmək mümkün olmayıb.
Hadisə yerində İrkutsk polisi əməkdaşları araşdırma aparırlar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/baykal-golunde-bas-veren-hadise-8-turistin-heyatina-son-qoydu