Almaniya Bundesliqasının flaqmanı "Bavariya" öz müdafiəçisi Dayot Upamekano ilə əməkdaşlıq müddətini rəsmən uzadıb.
"The Daily Baku"nun məlumatına görə, bu barədə Münhen klubunun rəsmi mətbuat xidməti tərəfindən açıqlama verilib.
Qeyd olunub ki, 27 yaşlı Fransa millisinin üzvü ilə imzalanan yeni anlaşma 2030-cu ilin yay fəslinə qədər qüvvədə olacaq.
Xatırladaq ki, Upamekano 2021-ci ildən bəri Münhen komandasının şərəfini qoruyur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bavariyadan-fransali-mudafieciye-yeni-muqavile
