İspaniyanın "Barselona" klubu icarə əsasında komandada çıxış edən Joao Cancelonu heyətdə saxlamaq niyyətindədir.
"The Daily Baku" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, son ölkə çempionu 31 yaşlı cinah müdafiəçisinin birdəfəlik transferi üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"la danışıqlar aparır.
Portuqaliyalı oyunçunun icarə müqaviləsinin müddətinin artırılması da gündəmdədir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/barselona-cancelonu-saxlamaq-ucun-danisiqlara-baslayib
