Azərbaycan Hava Yolları (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşların icrasına yenidən başlayır.
"The Daily Baku" bu barədə AZAL-ın rəsmi sosial media hesabında paylaşdığı açıqlamaya istinadən xəbər verir.
Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bakidubay-aviareysleri-yeniden-heyata-kecirilecek
