SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda Yaxın Şərqdəki erməni diasporunun fəaliyyətinə dair kitab təqdim olunub
Cəmiyyət

Bakıda Yaxın Şərqdəki erməni diasporunun fəaliyyətinə dair kitab təqdim olunub

23 yanvar 2026
12:14
Bakıda Yaxın Şərqdəki erməni diasporunun fəaliyyətinə dair kitab təqdim olunub

"Yaxın Şərqdə erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətlər" adlı kitabın təqdimatı olub.

"The Daily Baku" xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Lalə Xəlilzadənin müəllifi olduğu kitabda Yaxın Şərqdə erməni icmasının ən geniş yayıldığı beş ölkə - Livan, Fələstin, Suriya, Misir və İordaniya üzrə erməni diasporunun tarixi konteksti, əsas siyasi, ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri və imkanları təhlil edilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan Ermənistanla sülhə nail olmağa çalışır:

"Sülh prosesində Ermənistanda keçiriləcək seçkilər, referendum, sərhədlərin delimitasiyası hazırda aktualdır. Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı olanlar var. Erməni diasporunun bu ölkənin daxili işlərinə təsiri çoxdur. Bu seçkilər vacibdir, həm də Ermənistan üçün həlledicidir".

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev deyib ki, erməni diasporu üçüncü tərəflər üçün faydalı olub: "Erməni diasporunun ən çox güc qazandığı" soyuq müharibə" dövründə ABŞ, Sovet İttifaqı ilə əlaqələrini genişləndiriblər. Bu da region siyasətində onlara şərait yaradıb. Üçüncü qüvvələr çəkilən zaman isə onlar digər ölkələrlə baş-başa qalıblar".

Onun fikrincə, erməni diasporu Azərbaycan-Ermənistan normallaşmasına qarşı çıxır, çünki onlar və üçüncü tərəfin imkanları aradan qalxır.

Kitabın müəllifi L. Xəlilzadə qeyd edib ki, araşdırmada ərəb, türk, ingilis, rus, erməni, alman və fransız dillərindəki mənbələrdən də istifadə olunub:

"Kitabda, həmçinin, son dövrlərdə Yaxın Şərqdə baş verən proseslər, onların erməni icmasına təsirləri də araşdırılıb".

Qeyd edək ki, kitabda müasir siyasi və sosial istiqamətdə perspektivləri və çağırışları araşdırılıb. Eyni zamanda, Yaxın Şərqdə fəaliyyət göstərən tanınmış erməni mənşəli ictimai və siyasi xadimlərin qısa bioqrafiyaları hazırlanıb, onların sosial və mədəni həyatda oynadıqları rol təhlil edilib.

Araşdırmanın mühüm istiqamətlərindən biri də erməni diasporunun media fəaliyyətləri olub. Belə ki, adıçəkilən ölkələrdə yaşayan erməni icmasının nümayəndələrinin nəşr etdikləri kitablar, jurnal və qəzetlər, xüsusilə Qarabağ müharibəsi dövründə ərəbdilli auditoriyaya yönəlmiş təbliğat kampaniyaları və qondarma "erməni soyqırımı" ilə bağlı yaydıqları məlumatlar təhlil edilib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/bakida-yaxin-serqdeki-ermeni-diasporunun-fealiyyetine-dair-kitab-teqdim-olunub
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib