The Daily Baku
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kq marixuana aşkarlanıb
16 yanvar 2026
14:01

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kq marixuana aşkarlanıb.
Bu barədə "The Daily Baku"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb.
O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bakida-narkokuryerlikde-subheli-bilinen-sexsden-5-kq-marixuana-askarlanib