The Daily Baku
Bakıda keçiriləcək WUF13-də iştirak üçün artıq qeydiyyatdan keçənlərin sayı açıqlanıb
19 fevral 2026
13:24

Ötən günə olan məlumata görə, Bakıda keçiriləcək davamlı şəhərsalma üzrə BMT-nin qlobal konfransı olan WUF13-də iştirak üçün 166 ölkədən 13 000-dən çox insan qeydiyyatdan keçib.
Bu barədə BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") Kommunikasiya şöbəsinin rəhbəri Katerina Bezqaçina regional KİV üçün WUF13-ə həsr olunmuş onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, foruma qeydiyyat davam edir.
"Biz hələ də iştirak üçün müraciətləri qəbul edirik. Ötən günə olan məlumata görə, 166 ölkədən 13 000-dən çox qeydiyyat daxil olub. Təbii ki, bu rəqəm hər gün artır və biz iştirakçıların sayının daha da artacağını və təmsilçilik coğrafiyasının genişlənəcəyini gözləyirik", - K.Bezqaçina vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bakida-kecirilecek-wuf13-de-istirak-ucun-artiq-qeydiyyatdan-kecenlerin-sayi-aciqlanib