The Daily Baku
Bakı–Bratislava birbaşa aviareysləri oktyabrda istifadəyə veriləcək
13 may 2026
14:49

Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur.
"The Daily Baku" xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Slovakiya şirkətləri Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsinin icrasında iştirak edir.
Rixard Raşi aparılan yenidənqurma işlərinin irəliləyişini müşahidə etmək üçün Qarabağa səfər edəcəyini diqqətə çatdırıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bakibratislava-birbasa-aviareysleri-oktyabrda-istifadeye-verilecek