The Daily Baku
Bakı və Tokio iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
19 fevral 2026
15:02

Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov ilə Yaponiyanın iqtisadi və büdcə siyasəti üzrə dövlət naziri Minoru Kiuçi görüş zamanı iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
"The Daily Baku" xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Yaponiyanın iqtisadi və büdcə siyasəti üzrə dövlət naziri Minoru Kiuçi ilə görüşməkdən məmnunam. Görüşdə iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə olunub", - o bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/baki-ve-tokio-iqtisadi-emekdasligin-perspektivlerini-muzakire-edib