The Daily Baku
Bakı metrosunda hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb
21 aprel 2026
17:08

Bugünkü hadisə Bakı Metropolitenin tunelində baş verdiyindən dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi.
"The Daily Baku" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bugünkü hadisənin səbəbi texniki insident olub: "Hadisə Bakı Metropolitenin tunelində, aralıq kabeldə baş verdiyindən məhz ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi. Bununla belə Bakı Metropoliteni normativ tələblərinə uyğun sərnişinlərin təxliyəsi tam və hər hansısa insidentsiz başa çatdırılıb".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/baki-metrosunda-bugunku-hadise-zamani-generatorlarin-ise-dusmemesinin-sebebi-aciqlanib