The Daily Baku
Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri qayıdıb
28 fevral 2026
11:38

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Qeyd olunub ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
"AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar", - məlumatda deyilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/baki-dubay-ve-baki-cidde-reysleri-iran-hava-mekaninin-bagli-olmasi-sebebinden-geri-qayidib