İraq Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda alıcıları cəlb etmək üçün neft qiymətlərini kəskin şəkildə aşağı salıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, İraqın "State Oil Marketing Organization" dövlət şirkəti may ayına olan tədarüklər üçün uzunmüddətli alıcılara əhəmiyyətli endirimlər təklif edib.
"Basrah Heavy" markalı neftin bir bareli mayın 1-dən 10-dək yüklənən partiyalar üçün 33,4 ABŞ dollarına qədər endirimlə təklif olunur. Bu müddətdən sonra endirim təxminən 26 ABŞ dollarına qədər azalır.
"Basrah Medium" markalı neft də rəsmi satış qiymətindən təxminən 30 dollar aşağı qiymətə təklif olunur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bagdad-hormuz-bogazindan-neft-dasimalarina-endirim-teklif-edib
