The Daily Baku
Azərbaycan polisi işğaldan azad olunan bölgələrdə xeyli silah-sursat aşkarlayıb
14 yanvar 2026
10:53

Ötən gün işğaldan azad olunan bölgələrdə xeyli silah-sursat aşkarlanıb.
Bu barədə "The Daily Baku"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azrbaycan-polisi-isgaldan-azad-olunan-bolgelerde-xeyli-silah-sursat-askarlayib